08/04/2020

"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №3


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk. 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nın ən böyükhesablı qələbəsi 11.03.2013-cü ildə olub. Həmin tarixdə Tovuzun “Turan” komandası ilə qarşılaşan komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun müəyyən səbəblərə görə təmirdə olduğu üçün rəqibini “Bayıl Arena”da qəbul edib. Qarşılaşma 4:0 hesabı ilə “Sumqayıt”ın qələbəsi ilə yekunlaşıb. Bu oyunda vurulan 4 qolun hamısının müəllifi Pərdis Fərcad-Azad olub. Hazırda Almaniyada top qovan Azərbaycan əsilli futbolçu klubumuzun tarixində ilk və son poker edən futbolçu kimi tarixə düşüb. Pərdis bundan başqa, klubumuzun tarixində ən çox qol vurmuş ikinci futbolçu kimi də diqqət mərkəzindədir. O, “Sumqayıt” FK-nın heyətində ümumilikdə 22 qol vurub. Pərdis bu göstərici ilə yalnız hazırda komandamızda top qovan Amil Yunanovdan geri qalır.

“Sumqayıt” FK-nın 10 illik tarixi ərzində ən böyükhesablı məğlubiyyəti isə 17.12.2012-ci ilə təsadüf edib. Həmin tarixdə komandamız “Bakcell Arena”da “Neftçi”yə 1:8 hesabı ilə məğlub olub.