06/04/2020

Eduardo Karo Balada Facebook səhifəmizdə canlı məşq keçəcək


"Sumqayıt" FK-nın virtual şəkildə keçirilmiş məşqindən görüntüləri sizə təqdim etmişdik. Bu dəfə isə olduqca maraqla qarşılanan bu virtual məşqə azarkeşlərimizi də cəlb etməyi düşünürük. Belə ki, 7 aprel, saat 12:30-da "Sumqayıt" FK-nın əsas komandasının ispaniyalı fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo Balada rəsmi Facebook səhifəmiz üzərindən azarkeşlərimiz üçün canlı məşq keçəcək. Siz də #evdəqal-ıb, məşqimizə qoşula bilərsiniz.