03/04/2020
“Sumqayıt” FK-nın 10 illik tarixindən maraqlı faktlar - №1
2010-cu ildə yaradılmış “Sumqayıt” Futbol Klubu bu il 10-cu ildönümünü qeyd edir. Məhz bu səbəbdən klubumuzun tarixi ilə əlaqədar kiçik rubrika (“yaxın keçmişə səyahət”) ilə görüşünüzə gəlirik. 10 illik tariximiz ərzində maraqlı faktları diqqətinizə çatdırırıq.
İlk olaraq, 2010/2011 mövsümündən etibarən 1-ci divizionda çıxış edən “Sumqayıt” FK bir il sonra Azərbaycan Premyer Liqasına yüksəlib. 2011/2012 mövsümünün ilk yarısını “Sumqayıt Şəhər” PFK adı altında mübarizə aparan komandamız 2012-ci ilin yanvarından etibarən Premyer Liqada “Sumqayıt” FK adı altında yarışıb.
2010-cu ildə 1-ci divizionda çıxış edən klubumuza Baba Əsgərov rəhbərlik edib. 2011/2012 mövsümündən etibarən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nı yüksək liqada ilk çalışdıran məşqçi isə almaniyalı mütəxəssis Bernhard Raab olub.
“Sumqayıt” FK Premyer Liqada ilk oyununu 06.08.2011-ci ildə səfərdə “Xəzər Lənkəran”a qarşı keçirib. Həmin qarşılaşmada 1:2 hesablı məğlub olan komandamızın yeganə qolunun müəllifi Eşqin Quliyev olub. Adıçəkilən futbolçu qarşılaşmanın 84-cü dəqiqəsində Kamran Ağayevin qoruduğu çərçivəyə yol taparaq klubumuzun tarixinə Premyer Liqada ilk qolun müəllifi kimi düşüb. Sumqayıt şəhərinə böyük futbolun qayıdışı isə 14.08.2011-ci ilə təsadüf edib.
Qeyd edək ki, “Sumqayıt” FK-nın ilk kapitanı isə sabiq baş məşqçimiz Samir Abasov olub. 3 mövsüm klubumuzun uğurları üçün çalışmış Abasov komandamızın heyətində ümumilikdə 82 qarşılaşmada meydana çıxıb.
2011/2012 mövsümündən Premyer Liqada çıxış edən komandamız ilk oyununu həmin tarixdə “Qəbələ”yə qarşı keçirib. Bu qarşılaşmadan da eyni hesablı məğlubiyyətlə ayrılan komandamızın yeganə qolunun müəllifi Orxan Əliyev olub. Məhz “Sumqayıt” – “Qəbələ” oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan təxminən 8 min azarkeş izləyib.

Son xəbərlər
Peşəkar Futbol Liqası Premyer Liqa və Kubok qarşılaşmalarının keçirilməsi ilə bağlı məlumat yayıb"Sumqayıt" FK "Dəyər ver - Dəstək ol!" aksiyasına qoşulub
"Sumqayıt-2"-nin virtual məşqi / VİDEO
"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №7
"Sumqayıt" FK-nın növbəti virtual məşqi / VİDEO
"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №6
Xəbər arxivi